1680512628 rusiya ukrayna1

“Rusiya elektron müharibə (EW) imkanlarına görə cəbhə xəttində Ukraynadan üstündür”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri Ukrayna Silahlı Qüvvələrinin (AFU) Darvin ləqəbli əsgərinə istinadən yazıb.

Qeyd olunur ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin FPV pilotsuz təyyarələrinə qarşı mübarizəni təkmilləşdirib.

Darvinin (şərti ad – red) fikrincə, Rusiyanın canlı qüvvə baxımından üstünlüyünü nəzərə almasaq, Ukrayna qoşunlarının cəbhədəki çətin vəziyyətinin əsas səbəblərindən biri də məhz budur.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: