Avropa Birliyi (AB) ilə ticarətin əhəmiyyətli dərəcədə azalmasından sonra Çin Rusiyanın əsas ticarət tərəfdaşına çevrilib.
Globalinfo.az bildirir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb.
Məlumata görə, üç yay ayı ərzində Rusiya ilə AB arasında ticarət 43 faiz azalıb, Çinlə isə 23 faiz artıb.
İnstitutun rəhbəri Vinsent Stamer qeyd edib ki, Qərbin sanksiyaları açıq şəkildə Rusiya iqtisadiyyatına ağır zərbə vurur və rusların istehlak imkanlarını əhəmiyyətli dərəcədə azaldır.
Zaira Akifqızı, Globalinfo.az














