Rusiyadan İsrailə qapalı mesaj: Pis nəticələri ola bilər!

Rusiyadan İsrailə qapalı mesaj: Pis nəticələri ola bilər!

“Sosial mediada İsrail-Fələstin mübahisələrini izləyirəm. Xalqımız hər zaman olduğu kimi praqmatikdir. Həmvətənlərimiz əsasən İsraili haqlı hesab etdiyi üçün yox, bizə silah verdiyi, fələstinlilərin erməniləri dəstəklədiyi, yəhudilərin dünya siyasətinə yön verdiyi və böyük pullar yəhudilərə məxsus olduğu üçün dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

Onun sözlərinə görə, görünür, İsrailin (və Qərbin) buradakı təsiri Türkiyə və İranın birlikdə təsirindən daha güclüdür, ya da ən pis halda bərabərdir:

“İslam dünyasında heç vaxt antisemitizm olmayıb. Antisemitizm dini-ideoloji düşüncədir, tamamilə Qərbə, daha dəqiqi Avropaya məxsusdur. Bütün müsəlman ölkələrində bu gün də yəhudi icmaları mövcuddur və onlar dinlərini sərbəst şəkildə yaşayırlar. Bir halda ki ərəblər də semitdirsə, o zaman İslam necə antisemit ola bilər? Orta əsrlər boyu yəhudilər dəfələrlə Avropadan qovulub, əzilib. Bir neçə dəfə də Avropadan müsəlman ölkələrinə sığınıb. “İslamda yəhudilərə münasibət pisdir, lənətlənir” kimi söhbətlər qəsdən, müsəlmanlar və İsrail övladlarını düşmən etmək üçün ortaya atılmış düşüncədir”.

Rusiyadan İsrailə qapalı mesaj: Pis nəticələri ola bilər!

Kənan Rövşənoğlu

Politoloq deyib ki, müsəlman fələstinlilərlə yəhudilər arasında münaqişə 100 ildir yaranıb və bu konkret mövzuya, yəni torpağa görə başlayıb:

“Hətta bu münaqişənin ən şiddətli dövrlərində belə müsəlman ölkələrində yəhudi icmaları yaşayıb və yaşamaqdadır. Mövzu etnik və ya dini münaqişə deyil. Bu gün Fələstin münaqişəsi ədalətli həllini tapsa, müsəlman və yəhudilər elə Qüdsdə qardaşcasına yaşayacaqlar. Amma Avropada hazırkı liberal sistem dağılsa, iqtidar sağ millətçilər və xristian fundamentalistlərin əlinə keçsə, orada bir yəhudi qalmayacaq, yenə qovacaqlar. Çünki onların inancında yəhudi düşmənliyi var, lakin islamda yoxdur. Ona görə də bu cür hadisələr qızışdırılmış provokasiyalardır.

Fikrimcə, Rusiya hakimiyyəti Moskvanı təhdid edən israilli siyasətçilərə Mahaçqaladakı olaylarla mesaj verdi ki, özünüzü yığışdırın, daha pis nəticələri ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az