Bu, mənim və millətim üçün həyata keçən arzudur – İsxaq Hersoq

“Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

O bildirib ki, bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.