Mirziyoyev “Togg”u təhvil aldı, Ərdoğanla danışdı – FOTO / VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan Türk dünyası olaraq birlik içində daha çox nəticələrin əldə edilə biləcəyinə inandığını vurğulayıb. O, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu anlayışın əsas sütunlarından biri olduğunu bildirib.

Bundan əlavə, Türkiyə lideri özbəkistanlı həmkarını Türkiyənin ilk elektromobili olan “TOGG”u əldə etmək münasibəti ilə təbrik edərək uğurlu olmasını diləyib.

***

Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.

Globalinfo.az xəbər verir ki, avtomobili Mirziyoyevə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Göy rəng avtomobilini təhvil alan Mirziyoyev Prezident Ərdoğana təşəkkür və salamlarını çatdıraraq bildirib:

“Mən bu hədiyyənin mənasını bilirəm. Bu, türk dövlətlərinin dünyada uğuru kimi yazılacaq. Bu, Türkiyənin nələr edə biləcəyinin göstəricisidir. Ata-baba yurdunuzun qapıları üzünüzə hər zaman açıqdır”.