Bu məlumat yalandır, Bakıya təklif etmişik – Paşinyan

Bu məlumat yalandır, Bakıya təklif etmişik - Paşinyan

“İrəvan Bakıya Naxçıvanla quru əlaqəsinin yaradılması üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti mexanizmlərini təklif edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçirilən BRİKS+ sammitində çıxışı zamanı deyib.

Baş nazir Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yola üçüncü tərəfin nəzarət edəcəyi ilə bağlı məlumatların doğru olmadığını bildirib:

“Ermənistan öz ərazisindən həyata keçirilən yükdaşımaların təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bunun üçün nəzarətin üçüncü bir ölkəyə həvalə ediləcəyinə dair hansısa sənəddə razılaşmanın olduğu barədə məlumatlar reallığı əks etdirmir”.

Ayşən Mustafa
Globalinfo.az