Qərbin siyasi sistemi və onun liderləri deqradasiyaya məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Qərbin liderləri təkcə avtoritetlərini itirməyiblər, həmçinin cinayət işlərinin fiqurantlarına çevriliblər. Onların qərarları qan axıdılmasına, dağıntılara, milyonlarla qurbana, eləcə də Liviya, İraq, Suriya, Əfqanıstan, Yuqoslaviya və Ukraynanın faciəvi taleyinə gətirib çıxarıb. Buna görə məsul olan avropalı və amerikalı siyasətçilər beynəlxalq tribunal qarşısında durmalı və layiq olduqları cəzanı çəkməlidirlər”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az














