serhed ela son

“Gorus rayonunun Dığ kəndi Azərbaycan və Ermənistan arasında sərhəd bölgəsi olaraq müəyyən edilib. Hər iki ölkə bu mövzuda razılaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata açıqlamasında deyib.

N.Paşinyan bununla da həmin bölgədə sərhəd məsələsinin tam tənzimləndiyini bildirib:

“Sərhəd məsələsinin tənzimlənməsi o deməkdir ki, Azərbaycanla bu mövzuda vahid qərara gəlmişik. Bizim sərhəd xəttimiz o ərazidən keçəcək. Hər iki ölkənin sərhədçiləri orada ortaq şəkildə razılaşdırılan və müəyyən edilən məsafədə yerləşdiriləcəklər. Sərhədçilər bu istiqamətdə birlikdə çalışırlar”.

Ermənistan baş naziri dolayı yolla Dığ kəndinin iki yerə bölündüyünü deyib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: