Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvana səfər edəcək.

Globalinfo.az bildirir ki, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Ovannisyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün oktyabrın bu gün Ermənistana gəlir.