“Geomaqnit şəraiti 2025-ci ilin sonuna qədər sakit olacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, 1 yanvar tarixinə qədər planetdə maqnit fırtınaları gözlənilmir:
“Mümkün alovlanmalar Yer kürəsinə qətiyyən təsir etməyəcək. 28 dekabrda geomaqnit mühiti sakit olacaq və alovlanma aktivliyi orta dərəcədə yüksək olaraq qalacaq”.
Günel Cəlil
Globalinfo.az