Şahzadə və xanımı üzr istəyəcək – VİDEO

Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl​ barədə “Netflix”də çəkilən sənədli filmdən sonra cütlük kral ailəsi ilə görüşüb üzr istəyəcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddialara görə, “Netflix”də yayımlanan sənədli filmlə gündəmə gələn cütlük geniş müzakirələrə səbəb olub. Onların krallıqdan ayrılması ilə bağlı olan sənədli filmdə kraliça II Elizabet haqqında irqçilik ittihamları, xüsusilə də Marklın səsləndirdiyi fikirlər ümumi gərginliyin bir az da artmasına səbəb kimi göstərilir.

Kraliça II Elizabetin dəfn mərasimində kral ailəsi ilə görüşən cütlüyün mayın 6-sı baş tutacaq kral Çarlzın tacqoyma mərasiminə dəvət edildiyi bildirilir. Məlumata görə, onlar kral ailəsindən üzr istəmək üçün görüş planlaşdırırlar.

Qeyd edək ki, sənədli serial “Netflix”də dekabrın 8-dən yayımlanıb. Serialda cütlüyün ailə həyatı ilə bağlı xoş anlarla yanaşı, kral ailəsində keçirdikləri çətin dövrlərə də toxunulub. Mediada yayılan məlumata görə, cütlük serial üçün 100 milyon dollar əldə edib.