imtahan 3

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olub.

Paylaş: