Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20 minə yaxındır.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir onu da qeyd edib ki, 6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.














