Bu il 193 şəxs ölkəyə readmissiya edildi

Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.