Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə haqqında qanun layihəsini faktiki olaraq təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rumıniyanın “Agerpres” agentliyi məlumat yayıb.
Qanun layihəsi parlamentə aprelin 14-də təqdim olunub. Senatın nümayəndəsi Natalia Elena Intotero bildirib ki, sənədin müzakirəsi üçün nəzərdə tutulan müddət başa çatdığı üçün layihə prosedur qaydalarına uyğun olaraq avtomatik qəbul edilmiş sayılır.
Layihədə Rumıniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının yekun aktına sadiqliyi vurğulanır. Həmin sənəd dövlət sərhədlərinin sülh yolu ilə və qarşılıqlı razılıq əsasında dəyişdirilməsinə imkan verir. Mətndə Rumıniya ilə Moldovanın birləşdirilməsi niyyəti açıq şəkildə ifadə olunur.
Sənədə əsasən, Kişinyovla inteqrasiya üzrə danışıqlara dərhal başlanılması nəzərdə tutulur. Lakin Moldovanın Rumıniyanın tərkibinə daxil olması ilə bağlı yekun qərar Rumıniya Senatı tərəfindən verilməlidir.
Əliyar Xəlil