“Mən yeddi müharibənin qarşısını almışam. Ukrayna münaqişəsinin də asan olacağını düşündüm, amma çox çətin oldu”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı nifrət böyükdür. Biz problemi bu və ya digər şəkildə həll edəcəyik. Lakin onlar bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs belə ala bilmirlər. Ona görə də müdaxilə etməli olacağam”, – Ağ Ev rəhbəri bildirib.
Əliyar Xəlil
Globalinfo.az