“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə verilmiş apeliyasiya şikayətinə baxılıb.
Məhkəmətə apelyasiya şikayəti təmin edilməyib, bundan öncəki qərar qüvvədə qalıb.
Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesindəki hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.














