Bu hələ başlanğıcdır, Nikol kifayətlənməyəcək – “Past”

“Ermənistanda siyasi repressiyaların yeni dalğası başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Nəşr qeyd edir ki, hələ ayyarım əvvəl də repressiyaların başlayacağı anons edilib:

“Respublika Partiyasının sədr müavini Armen Aşotyanın saxlanılması məhz bununla bağlıdır. Ancaq bu hələ başlanğıc sayılır. Nikol Paşinyan özünə uyğun ətraf mühit formalaşdırmaq üçün repressiyaları getdikcə yüksələn xətlə artırmaq niyyətindədir”.

Tamerlan Yayaqan
Globalinfo.az