Bu gün saxlanılan Tiktoker Ləman əslində kimdir? – FAKTLAR

Bu gün saxlanılan Tiktoker Ləman əslində kimdir? - FAKTLAR

Tiktoker Ləman Vəliyevanın saxlanılmasına dair məlumat yayılıb.

Globalinfo.az bildirir ki, Ləman Vəliyeva Tiktokda qalmaqallı çıxışları və öz ailə problemlərini ictimailəşdirməsi ilə məşhurlaşıb.

Bundan başqa, o, müxtəlif şəxslərlə bağlı mütəmadi olaraq təhqir məzmunlu ifadələr işlədir, tanınmış simalarla konfliktlər yaşayır. Bütün bunlar isə onun azyaşlı qızının gözü qarşısında baş verir. Belə ki, Ləman Vəliyevanın azyaşlı övladının yanında canlı yayım açaraq keçmiş qayınanasını, baldızını və eks həyat yoldaşını təhqir etməsi azmış kimi, Azərbaycan Respublikasının Himnini və qazilərimizi təhqir etməkdən çəkinməyib.

O bu yolla özünə izləyici kütləsi toplamağı bacarıb.

Xatırladaq ki, DİN-in yaydığı məlumata görə, Ləman Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Zaira Akifqızı
Globalinfo.az