Konfrans Liqasının püşkü atıldı

Konfrans Liqasının püşkü atıldı

Bu gün Konfrans Liqasının Liqa mərhələsinin püşkü atılıb.

Globalinfo.az xəbər verir ki, yeni formatda keçiriləcək turnirin iştirakçıları rəqiblərini tanıyıb.

36 iştirakçı komandanın hərəsi 6 matça çıxacaq. Fərqli rəqiblərlə oyunların üçü evdə, üçü səfərdə baş tutacaq.

Sentyabrda başlayacaq mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala yüksələcək. 9-24-cü yer sahibləri pley-offda oynayacaq.