Bu gün gündüz 2 saniyə tez bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

Bu gün, iyulun 9-da ən qısa gün gözlənilir. Adətən Yer öz oxu ətrafında 86.400 saniyəyə, yəni düz 24 saata fırlanır. Ancaq bəzən planet çox sürətlənir.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, iyulun 9-da Yer həmişəkindən daha sürətli fırlanacaq.

Nəticədə bir günün uzunluğu 1,51 millisaniyə azalacaq – müşahidələr başlayandan bəri rekord göstərici.

Alimlərin hesablamalarına görə, gün 86 398,34 saniyə davam edəcək.

Yəni, Beynəlxalq Yer Fırlanma Xidmətinin məlumatına görə, planet maksimum fırlanma sürətinə çatacaq.