Ailə üzvlərini öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəmə prosesi təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, Əhməd Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə gətirilmədiyinə görə proses 10 sentyabra qədər təxirə salınıb.
Xatırladaq ki, Əhməd Əhmədov Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur.
***09:49
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.














