Bu gün Bakıda parad keçiriləcək

Bu gün Bakıda parad keçiriləcək

Bu gün Bakıda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Globalinfo.az xəbər verir ki, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir.

Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.