Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq

“AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq”.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.

O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni nizamnaməsi qəbul olunacaq: “Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə bu, iclasın gedişatında məlum olacaq”.

Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.