Azərbaycan Ordusunun Kəlbəcər və Laçındakı mövqeləri atəşə tutulub

Ermənistan növbəti dəfə atəşkəs rejimini pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.