Böyük Britaniyada yeni hökumətin tərkibi elan edilib

Bu gün rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin olunan Rişi Sunak kabinet üzvlərini müəyyən etməyə başlayıb.

Globalinfo.az APA-nın Britaniya bürosuna istinadla xəbər verir ki, Ceyms Kleverli xarici işlər naziri, Ceremi Hunt maliyyə naziri, Ben Uolles müdafiə naziri vəzifələrini icra etməyə davam edəcək.

Bir həftə öncə Liz Trass hakimiyyəti zamanı istefa verən Suella Breyverman daxili işlər naziri olaraq öz vəzifəsinə geri dönüb.

Dominik Raab baş nazirin müavini və ədliyyə katibi təyin edilib.

Nadim Zahavi isə Mühafizəkarlar Partiyasının sədri təyin edilib.