Bu, Ermənistan üçün çox risklidir – Ovannisyan

“Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması riskli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

O bildirib ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə aldıqda, Aİİ-dən çıxış çox risklidir.

“Ermənistanın Rusiyadan asılılığı kifayət qədər yüksəkdir. Bu asılılıq həm ixracda, həm idxalda, həm energetikada, həm də digər sahələrdə özünü göstərir”, – Ovannisyan vurğulayıb.

Qeyd edək ki, daha öncə Ermənistanın bir sıra yüksək vəzifəli rəsmiləri İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində olmadığını açıqlayıblar. Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) 2015-ci il yanvarın 2-də qoşulub. Ekspertlərin fikrincə, Aİİ-yə daxil olmaq təkcə iqtisadi məsələlərlə bağlı deyil. Bu, həm də Ermənistanın öz milli təhlükəsizliyini daha etibarlı təmin etmək istəyi ilə əlaqəlidir.

Əliyar Xəlil
Globalinfo.az