“Bu, Ermənistan dövlətinin mövcudluğunu sual altına qoyur” – Abovyan

“Əsl Ermənistan” anlayışı Ermənistanın gələcəyinə ziddir.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist və köşə yazarı Arman Abovyan deyivb.

O hesab edir ki, “Əsl Ermənistan” anlayışına görə, ölkə dövlət yox, bir növ “biznes ofisi” kimi görünür. Bununla da vətən hissi insanların qəlbindən silinir.

“Hakimiyyətin məntiqinə görə Ermənistan dövlət deyil, sadəcə olaraq müəyyən regional məkana bağlanmış bir növ biznes ofisidir. Yəni “əsl Ermənistan” anlayışı insanlarda vətən hissini qəsdən silir. “Əsl Ermənistan” anlayışının mahiyyəti Ermənistan dövləti ilə birbaşa ziddiyyət təşkil edir. Ermənistan dövlətinin mövcudluğunu sual altına qoyur. Əgər biz ölkəni hansısa ofisə və ya biznes layihəsinə çevirsək, onda belə çıxır ki, vətəndaşların Ermənistanın mövcudluğu üçün mübarizə aparmağının mənası qalmır.  Yəni,  sabah müharibə başlasa, Ermənistan vətəndaşlarının sadəcə olaraq özlərini müdafiə etmək və döyüşmək üçün heç bir səbəbi olmayacaq. Çünki siz başqa və daha təhlükəsiz ölkələrdə pul qazana, vergi ödəyə və əylənə bilərik.  Bu, o deməkdir ki, “əsl Ermənistan” anlayışı gələcək Ermənistanla birbaşa ziddiyyət təşkil edir”, – deyə analitik vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az