Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin mərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, bu gün Naxçıvanda 10 mart 2025-ci il tarixində 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 110/35/10 kilovoltluq “Xalçaçılıq” yarımstansiyasından qidalanan ərazilərdə 15:00-dan 17:00-dək, 110/10 kilovoltluq “Koroğlu” yarımstansiyasından qidalanan ərazilərdə isə saat 17:00-dan 18:00-a dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
***
Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə yaranacaq.
Globalinfo.az xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin podratçı tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.
Şəhərin H.Əliyev prospektinin bir hissəsi, H.Məmmədov, M.Hüseynzadə, Ə.Cavad, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Füzuli, D.Qorqurd, A.Rəhimov və V.Mürsəlov küçələri olmaqla ümumilikdə 3 000 abonentin saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.














