
Türkiyə Superliqasının 23-cü turunda “Qalatasaray” – “Adana Dəmirspor” matçının yarımçıq dayandırılmasına səbəb olan görüntülər paylaşılıb.
Globalinfo.az xəbər verir ki, matçın 11-ci dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mertens cərimə meydançasında yıxıldı. Hakim Oğuzxan Çakır penalti təyin etdi, VAR sistemi də penaltini təsdiqlədi.
Penaltini dəqiq yerinə yetirən Alvaro Morata hesabı açdı.
Adana cəbhəsi meydandan məhz haqsız penalti səbəbindən çəkildiyini bildirir.
Həmin epizodu təqdim edirik: