Bu acı həqiqəti eşitmək istəmirsiniz, lakin 2018-ci ildə… – Aşotyan

“Mən Nikol Paşinyanın siyasətini tənqid edəndə Kremlin maraqlarını yox, yalnız Ermənistanın mövqeyini nəzərə alıram.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan müxalifət nümayəndəsi Armen Aşotyan deyib.

O bildirib ki, ruslar ideal müttəfiq deyil, çünki Rusiyanın Cənubi Qafqazdakı siyasəti 2018-ci ildə baş verən məxməri inqilabdan sonra qeyri-müəyyən olub.

“İndi bəziləri bu acı həqiqəti eşitmək istəməsə də, 2018-2021-ci illərdə Paşinyan geosiyasi konsensus, o cümlədən Rusiyanın razılığı sayəsində baş nazir olub və bunu inkar etmək mümkün deyil. Paşinyanın geosiyasi oyunlarına kimisə cəlb edəcəyi bəlli idi və o, Qərb qütbünü seçdi. Hərçənd Kanada ABŞ-dan, Monqolustan Çindən, Xorvatiya Almaniyadan necə asılıdırsa, biz də Rusiyadan o cür asılıyıq. Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi müharibəyə qoşulması üçün heç bir resursu yoxdur. Üstəlik, Ermənistanın geosiyasi poliqona çevrilməsi də bizə sərf etmir. Çünki bu, bizim müharibəmiz deyil”, – Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az