
Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxmasına qadağa qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məhdudiyyət Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryanın da təqsirləndirildiyi cinayət işi çərçivəsində tətbiq edilib.
Qeyd edək ki, Sərkisyan avqustun 25-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb və ona həmin cinayət işi üzrə ittiham irəli sürülüb.
Safura Bənnayeva
Globalinfo.az