Bu, bələdiyyələrin səlahiyyətlərinə aid deyil – Deputat

Bu, bələdiyyələrin səlahiyyətlərinə aid deyil - Deputat

Zibillərin daşınması bələdiyyələrin səlahiyyətlərinə aid deyil.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu məsələ bələdiyyələrin səlahiyyətinə daxil edilməlidir.

“Bu gün həmin vəzifələri müxtəlif şirkətlər icra edir. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar”, deyə deputat bildirib.

Safura Bənnayeva
Globalinfo.az