Türkmənistandan Moskvaya uçuşlar dayandırıldı

Türkmənistan Hava Yolları bu gündən etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, qərar Moskva səmasındakı hava şəraiti ilə əlaqədar qəbul edilib.

“2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad – Moskva – Aşqabad istiqamətindəki bütün reysləri dayandırılır. Uçuşlar Aşqabad – Kazan – Aşqabad marşrutu ilə həyata keçiriləcək”, – məlumatda deyilir.