“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) daha bir qrup aktyorla əməkdaşlığa başlayıb.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, AzTV bununla bağlı aktyorlarla müqavilə bağlayıb.
Müqavilədə müxtəlif seriallar üzrə xidmətin satın alınması nəzərdə tutulur.
“Məhməd: Fəthlər Sultanı” serialı üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:
Ocaqverdiyeva Təranə Fikrət qızı – 4.300 AZN
Qeybullazadə Natəvan Əhlulla qızı – 4.500 AZN
Rüstəmov Səyyar Mənsur oğlu – 4.800 AZN
Zeynalov Ramil Vaqif oğlu – 4.800 AZN
Məmmədli Rövşən Firudin oğlu – 4.350 AZN
Mirişov Mahir Fətulla oğlu – 4.500 AZN
Hüseynov Şövqi Ərəstun oğlu – 4.500 AZN
Rüstəmov Elşən Mərdan oğlu – 4.800 AZN
Bundan əlavə, “IV divar” bədii televiziya serialı üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:
Zeynalov Əjdər Mehdi oğlu – 5.632 AZN
Şahbazova-Qasımova Könül Əmir qızı – 2.050 AZN
Rüstəmli Sabirə Elxan qızı – 11.162 AZN
Mürsəlov Nigar Akif qızı – 8.732 AZN
İsmayılov Qurban İbrahim oğlu – 10.532 AZN
Eldarova Nəsibə Novruz qızı – 900 AZN
Əhmədov İbrahim Çingiz oğlu – 6.082 AZN
Məmmədov Əlibəy Fikrət oğlu – 5.432 AZN
Atakişiyev Firdovsi Nurəddin oğlu – 7.032 AZN
Ağakişiyev Rauf Fikrət oğlu – 5.532 AZN