Mədəniyyət paytaxtının simvolu rəsmən Şuşaya ötürüldü – FOTO

TÜRKSOY-un 2022-ci il “Bursa-Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimində mədəniyyət paytaxtı simvolu Şuşaya ötürülüb.

Globalinfo.az xəbər verir ki,bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter” hesabında paylaşım edib.

“Simvol Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verildi”, – deyə paylaşımda qeyd edilib.