Bu addım 100 mindən çox vətəndaşı sevindirəcək

Bu addım 100 mindən çox vətəndaşı sevindirəcək

Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.