BŞTİ-nin keçmiş əməkdaşı məhkəmə qarşısında: Nədə ittiham olunur?

BŞTİ-nin keçmiş əməkdaşı məhkəmə qarşısında: Nədə ittiham olunur?

Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Şahin Təhməzov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İş üzrə Bakı Şəhər Təhsil İdarəsi zərərçəkən qismində tanınıb.