Avropa İttifaqı (Aİ) Moldovanın üzvlük prosesini sürətləndirməkdən imtina edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Bildirilib ki, səbəb Ukraynanın narazılığıdır.
“Ukrayna və Moldovanın Aİ-yə daxil olmasına hazırlıq üzrə texniki iş sürətlə gedir. Lakin Kiyevin etirazlarından sonra Kişinyovun daha sürətli hərəkətinə icazə verilməsi ideyası rədd edilib”, – deyə qeyd olunub.
Avqustun sonunda nəşr iki ölkənin təşkilata qoşulması üçün qərarın yaxın günlərdə və ya həftələrdə verilə biləcəyini yazmışdı.
Hazırda Albaniya , Bosniya və Herseqovina , Gürcüstan , Moldova , Şimali Makedoniya , Serbiya , Türkiyə , Ukrayna və Monteneqro Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.
Əliyar Xəlil
Globalinfo.az














