merzzz

“Almaniya kansleri Fridrix Merzin Ukrayna əraziləri ilə bağlı açıqlaması əslində Prezident Volodimir Zelenskiyə ultimatumdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yulia Mendel deyib.

Onun sözlərinə görə, Merz Avropada uzun müddətdir səsləndirilən ehtimallardan birini açıq şəkildə etiraf edib:

“Ukrayna gələcək sülh razılaşması çərçivəsində ərazilərinin bir hissəsinin geri qaytarılmayacaq şəkildə itirilməsi ilə razılaşmalı ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: