Bakı və İrəvan üçün ən uğurlu format… – Brayzanın versiyası

Bakı və İrəvan üçün ən uğurlu format... - Brayzanın versiyası

Brüssel formatı artıq öz effektivliyini sübut edib.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza (Matthew Bryza) deyib.

O vurğulayıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana ortaq məxrəcə gəlməkdə, həmçinin Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsi üzrə danışıqların irəliləməsinə kömək etməkdə müsbət təcrübəyə malikdir:

“Brüssel formatı həqiqətən də davam etdirilərsə, daha çox şeyə nail olunacağına ümid edirəm”.

Brüssel formatının regiona sülh gətirib-gətirməyəcəyinə gəldikdə isə M.Brayza qeyd edib ki, gələcəklə bağlı bu suala heç kim dəqiq cavab verə bilməz.