Brüs Uillislə bağlı üzücü xəbər: “Çox zamanı qalmayıb”

Brüs Uillislə bağlı üzücü xəbər: "Çox zamanı qalmayıb"

Frontotemporal demensiya diaqnozu qoyulan məşhur amerikalı aktyor, Brüs Uillisin səhhəti pisləşib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, 69 yaşlı Hollivud sənətçisinin ailəsi onun vəziyyətindən narahatdır.

2022-ci ildən bəri tutulduğu sağalmaz xəstəlikdən vəziyyəti ağırlaşmağa başlayıb. Yaxınları onun 70 illik yubileyinə qədər yaşaya bilməyəcəyindən narahatdırlar.

“Xəstəlik o qədər inkişaf edib ki, onun ailəsi narahatdır. Brüsün çox zamanı qalmayıb”, – ailəsindən bildirilib.