Britaniyanın 2 hərbi gəmisi toqquşdu – Anbaan video

Böyük Britaniyanın iki minaaxtaran gəmisi krallığın Bəhreyndəki dəniz bazasındakı limanda toqquşub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “UK Defence Journal” onlayn nəşri məlumat yayıb.

“Bəhreyndə iki minaaxtaran gəminin iştirakı ilə baş vermiş qəzadan xəbərdarıq. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qəza ilə bağlı təhqiqat başa çatmamış əlavə şərh vermək doğru olmaz”, – Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.