Britaniyadan xəbərdarlıq: Rusiya Avropaya hücuma hazırlaşır

Britaniyadan xəbərdarlıq: Rusiya Avropaya hücuma hazırlaşır

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın Avropaya qarşı təcavüz təhlükəsi olduğunu vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Starmer bu barədə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin (EST) 7-ci sammitində danışıb.

O, Rusiya Prezidenti Vladimir Putinin bütün Avropada hərəkətə keçməyə hazırlaşdığını bildirib.

“Bu vəziyyət hamımız üçün xəbərdarlıqdır. Təhlükədə olan təkcə Ukraynanın suverenliyi deyil, bütün dəyərlərimiz və azadlıqlarımızdır. Hamımız Rusiyanın təcavüzünə qarşı müharibədəyik. Ukraynaya dəstək verməkdən geri çəkilməmək vacibdir”.

O əlavə edib ki, atəşkəs daimi və ədalətli olmalıdır.

Tahir Turan
Globalinfo.az