Böyük Britaniya Hörmüzün blokadası əməliyyatına qoşulmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, ABŞ İranla danışıqlardan sonra Hörmüz boğazında blokada tətbiq etməyə hazırlaşır, lakin London fərqli qərar verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin digər ölkələrlə birlikdə Hörmüz boğazının blokadasına başladığını açıqlamışdı.