foto

Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilə faktlarının qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb.

Mədəniyyət Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Səbail rayonu, Şeyx Şamil küçəsi, 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib.

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Eyni zamanda paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

089a31bd 7bcf 4b5b 95ed dc17467aa1c9
473fb874 d1fa 4438 a598 9a79c8a117b1
d2b8c3bc 2ae3 4d80 836b 9932fa54bb32
e06a44ae edb0 4e05 9e00 98580d5c33f2
ee8bf467 a3d4 4d05 a089 db837814caf6

Paylaş: