Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının keçmiş rəisi Nikolas Houghton parlamentdə çıxışı zamanı ölkənin müdafiə büdcəsinin artırılmasına çağırış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ekspress” qəzeti məlumat yayıb.
Houghton bildirib ki, Rusiya səfərbər edilmiş ordusuna, geniş strateji resurslara və çağırışlara uyğunlaşdırılmış iqtisadiyyata sahibdir, buna görə də Qərb ölkələri, xüsusilə Böyük Britaniya milli təhlükəsizliyə daha çox diqqət yetirməlidir.
“NATO və xüsusilə Böyük Britaniya sosial müavinətləri milli təhlükəsizlikdən üstün tutmağa davam edir”, – Houghton vurğulayıb.
O, müdafiə sektorunun maliyyələşdirilməsinin səviyyəsini “dəhşətli” adlandırıb.
Tahir Turan
Globalinof.az