Türkiyəli jurnalist Qəzzada necə ölüb? – VİDEO

Ötən gün Qəzzada çalışan “Anadolu” agentliyinin jurnalisti Muntasir əs-Səvvaf vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hava zərbəsi nəticəsində həlak olan jurnalistin ölüm şəraiti barədə detallar bəlli olub.

O, Qəzza zolağının cənub istiqamətində həlak olub. Müntəsirin bombardmanda ağır yaralandığını, təxminən yarım saat ərzində təcili yardım gəlmədiyi üçün şəxsi avtomobil ilə Baptist Xəstəxanasına köçürüldüyü bildirilir. O, çoxlu qan itirdiyi və tibbi çatışmazlığı səbəbindən xəstəxanada vəfat edib.

Muntasir qardaşı və yaxınları ilə birlikdə şəhərdəki əl-Bətş qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, bununla da Qəzzada ölən jurnalistlərin sayı 73-ə çatıb. Bundan əvvəl Türkiyənin Aksa TV-nin operatoru Abdullah Dərviş də həlak olub.