ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya və Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamillanın dövlət ziyafətindəki geyimi diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, tədbirin fotoları xarici mediada dərc edilib.
Belə ki, Melaniya Tramp Vindzor qəsrindəki məclisə sarı, Kamilla isə mavi rəngli paltarda gəliblər.
Sözügedən mənzərənin Ukrayna bayrağını xatırlatdığı yazılıb. Paralel olaraq, bu geyimlərin fonunda Britaniya kralı Kiyevə dəstək olduğunu təsdiqləyib.
Qeyd edək ki, ziyafət Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti Donald Trampla xanımı Melaniya Trampın şərəfinə təşkil edilib.
Əliyar Xəlil
Globalinfo.az














