Britaniya Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadının kəşfiyyat zabitinin rəhbərlik edəcəyi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Böyük Britaniyanın Baş naziri Keir Starmer 47 yaşlı Bleyz Metrevelinin payızda hazırkı rəhbər Riçard Muru əvəz edəcəyini bildirib.
O, hazırda MI6-nın texnologiya və innovasiyaya cavabdeh olan “Q” departamentinin baş direktoru vəzifəsində çalışır və əvvəllər MI6 və MI5-də (daxili təhlükəsizlik və əks-kəşfiyyat agentliyi) digər yüksək vəzifələrdə xidmət edib.
Digər Britaniya kəşfiyyat orqanlarından fərqli olaraq, MI6-nın 1909-cu ildə yarandığı vaxtdan bəri başında heç vaxt qadın olmayıb. MI5-ə əvvəllər Stella Riminqton və Eliza Manninqem-Buller rəhbərlik edib.














